Çexiyanın paytaxtı Praqada pauerliftinq WPC versiyası üzrə dünya çempionatı start götürüb.
56 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz Günel Talıbova hər üç nəticənin cəmində 415 kq göstərici ilə ikinci dəfə mütləq dünya çempionu olub. Xatırladaq ki, həmyerlimiz pauerliftinq üzrə beynəlxalq dərəcəli idman ustasıdır. Eyni zamanda dəfələrlə respublika çempionu və rekordçusudur.
O, iki dəfə Avropa və dünya çempionatının mütləq qalibi, eyni zamanda da bir çox idman turnirlərinin qalibidir.


