“Miss Tiflis” gözəllik yarışmasının qalibi müğənni Aysel Məmmədova yeni layihələrindən danışıb.
AZXEBER.COM-a danışan A.Məmmədova Gürcüstanda Azərbaycan musiqisinin tanıdılması üçün bir çox layihələr etdiklərini, yeni kliplər çəkdirdiyini deyib. Xanım müğənni “Miss Tiflis” yarışmasından öncə dəmodellik və müğənniliklə məşğul oldunu bildirib:
“Mən uşaqlıqdan burada – Tiflisdə yaşayıram. Orta və ali təhsilimi də bu ölkədə almışam. Buna baxmayaraq, Azərbaycan mənim doğma vətənimdir. Çıxış etdiyim bütün konsertlərdə, şou-proqramlarda mütləq bir neçə Azəri mahnısı ifa edirəm. Bu artıq məndə bir ənənə halını alıb. Çünki bizim musiqimizin dünyaya tanıdılacaq çox tərəfi var”.
Müğənni vaxtaşırı Bakıya gəldiyini və burada da müxtəlif layihələr etdiyini söyləyib:
“Bakıya tez-tez gəlməyə çalışıram. Sonuncu dəfə müğənni Elvin Abdullayevin “Ayrılıb gedirsən” adlı mahnıya Tiflisdə çəkdirdiyi klipdə tərəf müqabili kimi çıxış etmişdim. Bu klipin elə bu həftə təqdimatı keçirildi. Daha bir neçə buna bənzər təkliflər almışam. Hər birini dəyərləndirib, yaxşı bir iş ortaya qoymağa çalışacam”.
A.Məmmədova Gürcüstanda müğənniliklə yanaşı həm aktrisa kimi, həm də televiziya aparıcısı kimi də çalışdığını deyib. Müğənni yaxın zamanlarda yeni mahnıları ilə Azərbaycan tamaşçılarının qarşısına çıxacağına söz verib.
AZXEBER.COM portalı “Miss Tiflis” gözəllik müsabiqəsinin ən gözəl qızı seçilən azərbaycanlı xanımın fotolarını təqdim edir:
![](/file/pic/xeber/2014-05-22/63709.jpg)
![](/file/pic/xeber/2014-05-22/63712.jpg)
![](/file/pic/xeber/2014-05-22/63715.jpg)
![](/file/pic/xeber/2014-05-22/63718.jpg)
![](/file/pic/xeber/2014-05-22/63720.jpg)
![](/file/pic/xeber/2014-05-22/63721.jpg)
![](/file/pic/xeber/2014-05-22/63722.jpg)
![](/file/pic/xeber/2014-05-22/63723.jpg)
![](/file/pic/xeber/2014-05-22/63724.jpg)
![](/file/pic/xeber/2014-05-22/63725.jpg)
![](/file/pic/xeber/2014-05-22/63727.jpg)
![](/file/pic/xeber/2014-05-22/63728.jpg)
![](/file/pic/xeber/2014-05-22/63731.jpg)
![](/file/pic/xeber/2014-05-22/63734.jpg)
![](/file/pic/xeber/2014-05-22/63735.jpg)
![](/file/pic/xeber/2014-05-22/63736.jpg)
![](/file/pic/xeber/2014-05-22/63737.jpg)
![](/file/pic/xeber/2014-05-22/63739.jpg)
![](/file/pic/xeber/2014-05-22/63740.jpg)
![](/file/pic/xeber/2014-05-22/63742.jpg)
![](/file/pic/xeber/2014-05-22/63743.jpg)
![](/file/pic/xeber/2014-05-22/63744.jpg)
![](/file/pic/xeber/2014-05-22/63745.jpg)
![](/file/pic/xeber/2014-05-22/63746.jpg)
![](/file/pic/xeber/2014-05-22/63747.jpg)
![](/file/pic/xeber/2014-05-22/63748.jpg)