AZXEBER.COM-un 1news.az saytına istinadən verdiyi məlumata görə, hündürlüyü 50 metrdən artıq olan qüllələrin Heydər Əliyev Mərkəzi yaxınlığındakı yeni park üzərində inşa olunacağı güman olunur.Qüllə kompleksinin yanında tikiliş quruluşuna görə heyrətamiz olacaq “Bakı kürəsi” yerləşəcək.Layihə mütəxəssislərinin sözlərinə görə, tam olaraq şüşədən hazırlanacaq və quruluşuna görə qeyri-adi olacaq tikili şərq həndəsi naxışlarını xatırladacaq.20 metr diametrində olacaq həndəsi kürə işığın köməkliyi ilə üzərində vaxtı göstərəcək.Sizə Britaniya şirkəti “Tonkin Liu” Bakıdakı layihə ilə bağlı hazırladığı şəkilləri təqdim edirik.