Bu bizim şəhərdir (ŞEİR)

Bu bizim şəhərdir (ŞEİR)
KÖŞƏ
20:32 12.10.2011
1875
Bu şəhəringözləri də, əlləri də, dodaqları daGünah görür, günah hörür, günah danışır.Aydınlığının qaranlığında titrəyirbu şəhərin günəşi.İnsanları ölmüş hisslərininXarabalığında gizlədir üzünü,Haqqsızlıq qəh-qəh çəkirgecələrin kölgəsində.Gümanların boşluğunda azmışlarınAddımları nəfəs alır bu şəhərinhər döngəsində. Burda göydələnlərin ovuclarıQiyamətə əl uzadır,Bu şəhərin yağışı da, qarı daintihar dadır.Burda rəssamların fırçalarından qan damır,Burda şairlərə irad tutulur intihar mövzuları.Bu şəhərdə sənətkarlarəməklərinə yas saxlayır,Burda bəstəkarların not dəftərləriRekviyem ağlayır. Haray salır bizim şəhərQələmimin gözləriylə baxdıqca ona.Fəryadların dəhşətinəQol qaldırıb oynayan şəhər,Sabahların cəsədiylə qaynayan şəhər...Günay Ümid
OXŞAR XƏBƏRLƏR