"Bu, çox sərt cəzadır" – Rektor qızının işi üzrə oğlu həbs edilən ana - FOTO

"Bu, çox sərt cəzadır" – Rektor qızının işi üzrə oğlu həbs edilən ana - FOTO
Bütün Xəbərlər
14:39 18.03.2015
6946
“Başqalarının şəxsi həyatına aid olan videoya baxmaq qanunsuzdur”.
Oğullarımdan biri barəsində həbs-qətimkan tədbiri seçilib. Düşünürəm ki, zərərçəkmişin olmadığı bir iş üçün bu, çox sərt cəzadır. Lakin düşünürəm məhkəmə daha yaxşı bilir. Məhkəmənin və gələcək istintaqın ədalətli olacağına ümid edirəm.
Oxu.Az xəbər verir ki, bunu bu gün Bakı Apellyasiya Məhkəməsinin Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində ittiham olunan Zaur və Elin Məmmədov qardaşlarına qarşı cinayət işi üzrə məhkəmə prosesindən sonra qardaşların anası Gülnarə Məmmədova bildirib.
Gülnarə Məmmədova bildirib ki, məhkəmə prosesi qapalı keçirilib.
Ananın sözlərinə görə, qanunsuz şəkildə internetdə yerləşdirilmiş videogörüntülərdə kiminsə döyüldüyü yox, gənclərin maşınla aparmaq istəmədikləri qızı avtomobildən düşürtməyə çalışdıqları göstərilir.
“Mən həmin videodakı gənc oğlanın kim olduğunu bilmirəm. Mən ümumiyyətlə, videoya baxmamışdım, çünki hesab edirəm ki, başqalarının şəxsi həyatına aid olan videoya baxmaq qanunsuzdur. Biləndə ki, bu videonun mənim övladlarımın işinə aidiyyəti var, baxdım ki, nə baş verdiyini anlaya bilim. Mən orada heç kimi tanımadım”.
Ananın sözlərinə görə, digər oğlu – Elin azadlığa buraxılıb.
“Zaur da azadlığa buraxılmalı idi. Yazılanların heç birinin həqiqətə aidiyyəti yoxdur. Onun heç bir günahı yoxdur”.
Əri barədə mətbuatda gəzən şayiələrə münasibət bildirən G.Məmmədova həyat yoldaşının pensiyaçı olduğunu və heç bir qeyri-qanuni fəaliyyətlə məşğul olmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR