Bu da 'ana': Balası doğulan kimi 10-cu mərtəbədən yerə atdı

Bu da
MARAQLI
13:59 09.08.2012
2471
Moskvada 17 yaşlı tələbə qız öz doğma körpəsini pəncərədən atıbValideynləri ilə birgə yaşayan qız hamiləliyini onlardan gizlədib və uşağı doğan kimi onu öldürüb. Uşağın meyitini Dostluq küçəsindəki evlərdən birinin yanında tapıblar. Şahidlər baş verən dəhşətli hadisələr haqqında polisə dərhal məlumat veriblər.Əməliyyatçılar uşağın anasını müəyyənləşdiriblər. Qız etiraf edib ki, uşağı avqustun 8-də səhər saat 4-də dünyaya gətirib və körpədə həyat əlamətləri olmayıb. Rusiya saytlarının məlumatına görə, qadın körpəni elit binanın 10-cu mərtəbəsindən atıb. Şahidlərin sözlərinə görə, onlar pəncərədən atılan ağ bağlamaya yaxınlaşanda uşaq artıq ölmüşdü. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırmağa başlayıblar. Qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR