Bu da ‘ASAN’dan yararlanan 500 000-ci vətəndaş - FOTOLAR

Bu da ‘ASAN’dan yararlanan 500 000-ci vətəndaş - FOTOLAR
Bütün Xəbərlər
15:20 25.09.2013
1434

25 sentyabr 2013-cü il tarixində Sumqayıt şəhər sakini Əflatun Hüseynxanlı Sumqayıt “ASAN xidmət” mərkəzinə xidmətlərdan yararlanmaq üçün müraciət edərkən “ASAN xidmət” mərkəzinin 500000-ci istifadəçisi olaraq qeydə alınmışdır.

AZXEBER.COM-un məlumatına görə, Əflatun Hüseynxanlı “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirməsilə bağlı müraciət etmiş və müvafiq xidmətdən yararlanmışdır.

Ümid edirik ki, bundan sonra da yaradacağımız şərait və göstərəcəyimiz xidmət vətəndaşlarımızın ürəyincə olacaq, sözün həqiqi mənasında “ASAN xidmət - Xalqa xidmətdir” deyimini özündə əks etdirəcəkdir.

OXŞAR XƏBƏRLƏR