Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zalı"nda "When the music dies" mahnısını ifa edəcək.
AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, Mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. İngilis dilində ifa olunacaq "Eurovision 2012" mahnımız lirik janrdadır. Mahnıda milli musiqimizlə sintez də var."When the music dies" mahnısının müəllifləri Anders Bagge bu vaxtadək Madonna, Janet Jackson, Santana, J.Lo, Celine Dion, Enrique İqlesias kimi məşhur müğənnilər üçün mahnı yazıb və prodüserlik edib.Johan Krounlund Stokholmda səsyazma studiyasında çalışan bəstəkar və prodüserdir. Məşhur pop-dans artistlərlə çalışıb.Sandra Bjurman və Stefan Örn isə Azərbaycanın "Eurovision 2011" təmsilçiləri Eldar və Nigarın qalib mahnısı "Running Scared"in müəllifləridir.Səbinə Babayevanın "When the music dies" mahnısının rəsmi videosu martın 19-da təqdim ediləcək.