Telefonun, kameranın, geyimlərin, bir çox lazımlı aksessuarların oxşarını yaradan Çinlilər olduqca maraqlı bir addım atıblar. Bu dəfə çinlilər Sinqapur əsilli Minq Vonq adlı şəxsi məşhur türk sənətçisi Bülənt Ərsoya bənzədərək, ona Bülənt Vonqsoy adı veriblər. Sinqapurda Çin musiqi sənəti sahəsində təhsil alan Vonq Almaniyada televiziyaya çıxaraq, çıxışlar edib. Məşhur türk sənətçisi Bülənt Ərsoyun həyatından bəhs edəcək bir film çəkməyi düşünən Vonq filmin baş rolunu da özü ifa edəcək. O, bir sıra film festivallarının iştirakçısı və laureatı olub.



