Bu da Naxçıvanın dövlət ordusu - VİDEO

Bu da Naxçıvanın dövlət ordusu -  VİDEO
Bütün Xəbərlər
10:40 12.05.2014
1056

 Bu ordu Qarabağda hücum əməliyyatlarına hazır dayanıb

Dünən Heydər Əliyevin ad günü idi. Düzdür, hər gün çəkilən adı bir günə bağlamaq o qədər də yerində deyil, amma statistika da statistikadır. Təbii ki, ad gününün əsas atributu hədiyyədir. Ruhların isə hədiyyəsi, qazancı yalnız duadır. Heydər Əliyevin ruhuna oxunan daha bir real dua barədə Rahib Qərib Naxçıvan ordusundan eksklüziv reportaj hazırlayıb. Azərbaycan ordusunu həmişə formada görmək istəyən Heydər Əliyevin ruhu yəqin ki, bu təlimlər zamanı elə Naxçıvanda idi. Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusu haqda elə əlahiddə danışmaq imkanım var. Bu, imkanı mən bu həftə Naxçıvandakı ordu bölmələrinin döyüş gücünü yaxından izləyərək qazanmışam. Respublika Prezidentinin 2013-cü ilin dekabrında Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradılması haqda Fərmanından sonra, biz ANS-in “Marş” qrupu olaraq ilk dəfə burdakı hərbi gücümüzü lentə ala bilmişik. İzlədiyiniz kadrlarda Naxçıvandakı ordunun hücum xarakterli təlimlərini görürsünüz. Bəli, düz eşitdiniz, müdafiə yox, hücum. Çünki bu gün Naxçıvandakı qüvvələrimiz bu ərazini müdafiə etməklə yanaşı, xüsusilə burdakı cəbhə xəttindən başlayan işğalda olan Qarabağ ərazilərini azad etmək üçün hücum əməliyyatlarına hazır dayanıb. Dayanıb demək bəlkə də fikrimizi tam ifadə etmədi. Çünki burdakı müxtəlif qoşunların, xüsusilə də xüsusi təyinatlı qüvvələr daim təlim meydanlarında döyüş düzülüşü ilə hərəkətdədirlər. Dağ şəraitinə uyğun, elə dağ təlim poliqonunda qayalıqlarda mövqelənən şərti düşmən qüvvələrilə ardıcıl mübarizə aparılır. Helikopterlə qayalıqlara enən xüsusi təyinatlı qrupların düşmən cəbhəsinin dərinliklərində apardığı əməliyyatlar artilleriyaçıların, motoatıcı bölmələrin, hava hücumundan müdafiə qüvvələrinin və digər bölmələrin himayəsi, dəstəyi altında keçirilir.Naxçıvandakı qüvvələrə Əlahiddə Ümumqoşun Ordusu statusu verilməsi ölkəmizlə quru sərhəddi kəsilən bu ərazilərimizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu, burdakı müxtəlif qoşun bölmələrində əlahiddə döyüş imkanları yaratmaqla ölkəmiz üçün strateji baxımdan çox əhəmiyyətli qərardır. Qəti qərarımızla qətiyyətlə irəliləyəcək bu qüvvələrimizin ərazi bütövlüyümüz uğrunda mübarizədə, işğalçı düşmən üzərində tam və qəti qələbəmizdə də xüsusi rolu və payı olacaq. Bu Rahib Qəribin Naxçıvan ordusundan aldığı təəssüratların hamısı deyil. May ayının 17-də “Marş”a baxın və əmin olun ki, Naxçıvan Muxtar Respublikanın ordusu istənilən müstəqil dövlətin ordusundan heç də geri qalmır. Xülasə, gördükləriniz bu hərbi öyrənənlər idi.

OXŞAR XƏBƏRLƏR