Bu da oldu: Allaha qarşı məhkəmə iddiası qaldırdı – ŞOK

DÜNYA
19:00 18.03.2016
3386
Hindistanda Kumar Sing adlı vəkil hind Allahı Rama qarşı məhkəmə iddiası qaldırıbBBC-yə danışan vəkil Ramın arvadı Sitaya qarşı ədalətli davranmadığı üçün belə bir addım atdığını söyləyıb.Amma məhkəmə Singin iddiasını rədd edib.Vəkilin həmkarları isə bildiriblər ki, o, özünü reklam edir. Singin hindliləri aşağıladığını bildirən vəkil həmkarlar onun Ram Allahına böhtan atdığını iddia edərək məhkəməyə şikayət ediblər.Ram Allahına Hindistan və digər ölkələrdə milyonlarla insan ibadət edir. Sing iddiasının haqlı olduğuna inanır və bunu sübut etmək üçün dini yazıları nümunə göstərir.“Yenidən iddia qaldıracağam. Çünki hindlilərin Ramın Sitaya qarşı pis davrandığını bilməsini istəyirəm. Sitaya hörmətsizliyin edildiyi gerçəyini gözardı edə bilmərəm”, – vəkil deyib.
OXŞAR XƏBƏRLƏR