Bu dairədə seçkinin lideri müəyyənləşmədi: İqbal Ağazadə, yoxsa Rauf Arifoğlu?

Bu dairədə seçkinin lideri müəyyənləşmədi: İqbal Ağazadə, yoxsa Rauf Arifoğlu?
Seçki2024
12:04 10.02.2020
2877
Mərkəzi Seçki Komissiyası fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

AZXEBER.COM bildirir ki, 118 seçki dairəsində lider namizədlər bəlli olsa da, 7 seçki dairəsində lider müəyyən deyil.

Qalibin rəsmi olaraq bəlirlənmədiyi seçki dairələri arasında "Ümid" Partiyasının sədri İqbal Ağazadə ilə "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun rəqib olduqları 35 saylı Xətai üçüncü seçki dairəsi də var.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, həmin seçki dairəsində səsvermə prosesinin gedişatı ilə bağlı şikayətlər və müraciətlər var.

Müraciətlərin hamısı araşdırılandan sonra yekun qərar açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR