Bu dövlət qurumları birləşdirilir - SİYAHI

SOSİAL
12:34 19.04.2016
2281

Son illər Prezident İlham Əliyevin tapşırığına əsasən bir sıra struktur islahatları aparılır. Bu istiqamətdə həyata keçirilən dəyişikliklər cəmiyyət tərəfindən də müsbət qarşılanır.

Dövlət aparıtının daha operativ və şəffaf işləməsi üçün növbəti islahatlar gözlənilir.

Bizi bilgiləndirən məlumatlı şəxs deyib ki, budəfə daha ciddi qurumların birləşməsi məsələsi gündəmdədir:

«Bildiyiniz kimi, artıq neçə müddətdir ki, bir sıra qurumların birləşdirilməsi, yaxud ləğv olunması məsələsi barədə müzakirələr gedir. Əslində, yuxarı dairələrdə bu barədə qəti qərar var, sadəcə olaraq, cəmiyyətin rəyini öyrənmək üçün içtimai rəyi öyrənməyə çalışırdılar. Artıq yekun qərar var. İlkin mərhələdə üç əsas qurumun birləşdirilməsi nəzərdə tutulub. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyinin nəzdində olan anti-inhisar Departamenti və Maliyyə Bazarlarına Nəzarət Palatasının bir qurumda birləşdirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, cənab Prezident sahibkarların fəaliyyətinə dəstək məqsədiylə bəzi dövlət qurumlarının yoxlamalarını dayandırmışdı. Bu sırada olan əsas qurumlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Yəni, son bir neçə ay ərzində bu qurumun demək olar ki, heç bir fəaliyyəti yoxdur. Bu səbəbdən də komitənin yeni qurumun nəzarətinə verilməsi məqbul variantdır. Anti-inhisar departamenti də təxminən eyni vəziyyətdədir. Bu qurumun işlək mexanizmdən passiv bir quruma çevrilməsi də onunla bağlı qəti qərar verməyə əsas verir».

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yeni yaradılıb. Bu qurumun səlahiyyətlərinin daha da genişləndirilməsi və yuxarıda qeyd olunan strukturların da onun çətiri altında birləşdirilməsi mümkündür. Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir. Bizi bilgiləndirən şəxs onu da nəzərə çatdırıb ki, üç qurumun birləşdirilməsi zərurət kimi ortaya çıxdığı üçün yaxın günlərdə bu barədə qəti qərar veriləcək. Yəqin ki, prezidentin sərəncamı ilə yeni qurum yaradılacaq və bu üç struktur onun tərkibində birləşdiriləcək.

Bizi bilgiləndirən şəxs onu da deyib ki, hökumətdə aparılan struktur islahatlarının səbəblərindən biri də qənaət etməkdir. Onun sözlərinə görə, indiyə kimi birləşdirilən, yaxud ləğv edilən qurumların hesabına kifayət qədər böyük rəqəmlərə qənaət edilib: «Diqqət edin, Torpaq Komitəsinin ləğvindən sonra büdcə ayırmaları azalıb. Belə ki, Torpaq Komitəsinə ayrılan vəsaitin həcmi 5 milyon dollara yaxın idi. Nəzərə almalıyıq ki, daha çox qurumların mövcudluğu bir sıra hallarda təkrarçılığa səbəb olur. Həmçinin, ayrı-ayrı funksiyaların müxtəlif qurumlar tərəfindən yerinə yetirilməsi vahid dövlət siyasətini çətinləşdirir. Bu strukturların vahid mərkəzdə birləşməsi vətəndaşların işlərini asanlaşdıracaq»(unikal).

OXŞAR XƏBƏRLƏR