Bu ərazidə sahibsiz itlər evlərə də soxulur – Təhlükəli vəziyyət / VİDEO

Bu ərazidə sahibsiz itlər evlərə də soxulur – Təhlükəli vəziyyət / VİDEO
SOSİAL
14:42 15.09.2025
293
20-ci sahə ərazisində sahibsiz küçə itlərinin sayı kəskin şəkildə çoxalıb.

Ərazidə yaşayan sakinlərin AZXEBER.COM-a verdiyi məlumata görə, son vaxtlar itlərin sayının artması həm uşaqların küçəyə tək çıxmasına, həm də böyüklərin gündəlik hərəkətinə təhlükə yaradır.

Sakinlər bildirirlər ki, hər gün artan sahibsiz itlərlə bağlı hələlik heç bir tədbir görülməyib.

Mövzu ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edilib.
 
İcra hakimiyyətində heç bir məlumat verilmir.
 
OXŞAR XƏBƏRLƏR