Bu ərazilərdə 2 gün su olmayacaq – SİYAHI

Bu ərazilərdə 2 gün su olmayacaq – SİYAHI
SOSİAL
11:32 28.07.2026
400
Abşeron rayonunun bir sıra qəsəbələrində və Bakının Sabunçu rayonunun bəzi ərazilərində iki gün müddətində içməli suyun verilişində fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, buna səbəb istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.

Məlumata görə, 28 iyul 2026-cı il səhər saatlarından 30 iyul 2026-cı il günorta saatlarınadək Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, həmçinin Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərində içməli suyun verilişində fasilə olacaq.

Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.
OXŞAR XƏBƏRLƏR