Bu ərazilərdə leysan olub

Bu ərazilərdə leysan olub
SOSİAL
11:28 23.09.2025
201
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 12, Lerikdə 9, Şamaxı 8, Şəkidə (Kişçay) 7, Göygöl, İsmayıllı, Neftçala, Astara, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Ağdam, Daşkəsən, Gədəbəy, Sabirabad, Cocuq Mərcanlı, Tovuz, Culfa, Qobustan, Bərdə, Zərdabda 3 mm-dək qeydə alınıb.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
OXŞAR XƏBƏRLƏR