Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
SOSİAL
17:00 17.06.2025
419
Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” məlumat yayıb. 

Bildirilib ki, Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə"Maştağa-Gülçülük" yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR