"Bu, Ermənistan–Azərbaycan münasibətlərində dayanıqlı sülh üçün müəyyən gözləntilər yarada bilər"

"Bu, Ermənistan–Azərbaycan münasibətlərində dayanıqlı sülh üçün müəyyən gözləntilər yarada bilər"
İQTİSADİYYAT
16:44 24.12.2025
462
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb.
 
Bu barədə "Radio Azatutyun” məlumat yayıb. Bildirilib ki, "Ran Oil” şəbəkəsinin yanacaqdoldurma məntəqələrində "Aİ-95” markalı benzinin litri 430 drama (1,93 AZN) satılır. 
 
İqtisadçı ekspert Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu addım iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasına hesablanıb:

"İki ölkə arasında əlaqələrin yavaş-yavaş başlanmasına, qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş addımdır. Bu proses iki ölkənin rəsmi qurumları arasında əldə olunmuş razılaşma əsasında başlayıb. Baxmayaraq ki, Ermənistan tərəfi bu məhsulları özəl şirkətlər vasitəsilə satın alır, burada yenə də rəsmi razılaşmanın mövcudluğu danılmazdır. Bu addımı daha çox Vaşinqtonda əldə olunmuş razılaşmaların, Trampın vasitəçiliyi ilə imzalanmış sənədlərin davamı kimi qiymətləndirmək olar”.

Ekspert deyib ki, tranzit xərcləri benzinin qiymətinin artmasına səbəb olur:

"Hazırda söhbət elə də böyük həcmdə benzin ixracından getmir ki, Azərbaycan bundan ciddi iqtisadi gəlir əldə etsin. Nəzərə almaq lazımdır ki, benzin birbaşa Ermənistan–Azərbaycan sərhədi ilə deyil, Gürcüstan üzərindən daşınır. Bu isə tranzit xərclərinə görə Ermənistan üçün benzinin qiymətini bir qədər artırır”.

E.Bağırzadə qeyd edib ki, prosesin iqtisadi sahədən başlaması çox düzgün addımdır: 

"Düşünürəm ki, gələcəkdə bu cür addımlar intensivləşərsə və qarşılıqlı etimad artarsa, bu, Ermənistan–Azərbaycan münasibətlərində dayanıqlı sülh üçün müəyyən gözləntilər yarada bilər. Çünki hər iki cəmiyyət anlamalıdır ki, iqtisadi əməkdaşlığın qurulması onların hər ikisi üçün faydalıdır və bu fayda aydın şəkildə hiss edildikdə, digər siyasi məsələlər tədricən arxa plana keçə bilər. Məhz buna görə də cəmiyyətlərin bir-biri ilə barışması, əlaqələr qurması və bu münasibətləri inkişaf etdirməsi üçün möhkəm iqtisadi təməl olmalıdır. Bu baxımdan, prosesin məhz iqtisadi sahədən başlaması çox düzgün addımdır”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:18 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur