Bu fənn üzrə imtahan nəticələri 2 il etibarlı sayılacaq

Bu fənn üzrə imtahan nəticələri 2 il etibarlı sayılacaq
SOSİAL
17:05 14.03.2016
2387
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb.
AZXEBER.COM bildirir ki, komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlərin ixtisas seçimi, müsabiqədə iştirak etmək və bütövlükdə ali təhsil almaq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi məqsədilə qəbul qaydalarında vacib yeniliklər edilib. Bu ildən başlayaraq, qəbul imtahanını rus dilində verən və Azərbaycan dili fənnindən "məqbul" alan abituriyentlərin imtahan nəticələri ardıcıl iki tədris ili üçün (cari və növbəti) etibarlı sayılacaq, onlar bu nəticə əsasında qəbul kampaniyasında iştirak edə biləcəklər.
Növbəti yenilik bir neçə ixtisasın bir qrupdan digərinə keçirilməsidir. Belə ki, əvvəllər I ixtisas qrupuna daxil olan "Dizayn" (memarlıq və dizayn istiqaməti) ixtisası V ixtisas qrupuna, II ixtisas qrupuna daxil olan "Geodeziya və xəritəçilik mühəndisliyi və Yer quruluşu", "Torpaq və şəhər kadastrı" ixtisasları isə I ixtisas qrupuna keçirilib.
Qeyd edək ki, "Abituriyent" jurnalının 1-ci sayında qəbul qaydaları ilə yanaşı, qəbul proqramları da açıqlanıb. Jurnalda xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Azərbaycan Respublikasının Ali Hərbi Məktəblərinə, Tibb Universitetinin Hərbi həkim işi ixtisasına, Hərbi Tibb Məktəbinə, hərbi liseylərə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Daxili Qoşunların Ali Hərbi Məktəbinə də qəbul qaydaları dərc olunub.
Komissiyadan bildirilib ki, qəbul imtahanı proqramları bölməsinə ali təhsil müəssisələrinə, hərbi liseylərə imtahan fənləri üzrə qəbul proqramları və ümumi və tam orta təhsil üzrə buraxılış imtahanı proqramları təqdim edilib. Hər bir fənn üzrə qəbul proqramında öyrənilməsi zəruri olan tədris materiallarının mövzu dairəsi, həcmi, ardıcıllığı, sistemi, ədəbiyyat siyahısı və s. əks olunub. Qəbul proqramları ümumtəhsil məktəblərinin tədris proqramları və müvafiq dərslikləri əsasında hazırlanıb. Bununla belə, məktəb proqramlarından fərqli olaraq, qəbul proqramlarında aşağı siniflərdə keçirilən bazis mövzular yuxarı siniflərdə tədris olunan müvafiq mövzularla üzvi surətdə birləşdirilərək vahid sistem halında verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
23:28 22.10.2026
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
"Trabzonspor" "Hart of Midlotian"ı məğlub etdi
23:23 22.10.2026
"Trabzonspor" "Hart of Midlotian"ı məğlub etdi
Putin Rusiyanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu deyib
23:14 22.10.2026
Putin Rusiyanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu deyib
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
23:04 22.10.2026
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır
23:02 22.10.2026
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır
Paytaxtın bu ərazilərində qaz olmayacaq
22:56 22.10.2026
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
22:51 22.10.2026
Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
Zelenski müsahibə zamanı ağladı
22:39 22.10.2026
Zelenski müsahibə zamanı ağladı
İran ordusunun komandanı: Ordu böyük pilotsuz uçuş aparatı ehtiyatlarına malikdir
22:31 22.10.2026
İran ordusunun komandanı: Ordu böyük pilotsuz uçuş aparatı ehtiyatlarına malikdir
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
22:24 22.10.2026
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
22:16 22.10.2026
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
22:13 22.10.2026
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Zelenski: ABŞ Ukraynada Starlink rabitəsinin tam fəaliyyətini hələ bərpa etməyib
22:03 22.10.2026
Zelenski: ABŞ Ukraynada Starlink rabitəsinin tam fəaliyyətini hələ bərpa etməyib
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
21:57 22.10.2026
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Ukraynanın bu ərazilərində məcburi təxliyə elan edildi
21:48 22.10.2026
Ukraynanın bu ərazilərində məcburi təxliyə elan edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
21:42 22.10.2026
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi