AZXEBER.COM-un məlumatına görə, Bakı şəhər İcra hakimiyyətinin təşkil edəcəyi bayramda əsrarəngiz, bir-birindən gözəl güllər və onlardan hazırlanan müxtəlif kompazisiyalar nümayiş olunacaq. Heydər Əliyev adına sarayın qarşısında səhər saatlarından başlayaraq paytaxt sakinləri və şəhərimizin qonaqları müxtəlif güllərdən hazırlanan dekorasyaları seyr edə biləcək.
Qeyd edək ki, Gül Bayramı 3 gün davam edəcək.