Bu gün idmançılarımız Dünya Kubokunda mübarizəyə başlayırlar

İDMAN
06:47 27.05.2011
1763

Bu gün Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun I mərhələsi start götürəcək. Nüfuzlu yarışda Azərbaycanı ilk dəfə 4 avarçəkən təmsil edəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, onların arasında qadın təmsilçimiz də olacaq. 

Bu, 1 nəfərlik qayıqla (ASW 1X) 2000 metr məsafəyə yürüşə qatılacaq Natalya Mustafayevadır. Kişilərin yarışında isə 3 idmançımız çıxış edəcək. Yeniyetmələr arasında ikiqat dünya çempionu Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X), gənclər arasında 2010-cu il dünya çempionatının finalçıları Cavid Əfəndiyev - İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili qayıqla (LM 2X) 2000 metr məsafəyə yürüş edəcəklər. 

Xatırladaq ki, Dünya Kubokunun I mərhələsində 46 ölkədən 779 akademik avarçəkən 357 qayıqda mübarizə aparacaq. Yarış 3 gün davam edəcək.

 

OXŞAR XƏBƏRLƏR