Bu gün Mübarəkin mübarək olmayan doğum günüdür

Bu gün Mübarəkin mübarək olmayan doğum günüdür
Bütün Xəbərlər
22:45 03.05.2011
1513

 İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub.

1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. [2]

Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub. 1949-cu ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, leytenant rütbəsi alıb. 1950-ci ildə Bilbeys şəhərində Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub. 1956-cı il Süveyş müharibəsində iştirak edib. 1969-cu ildə Misir prezidenti Qamal Əbdül Naser onu Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edib. 1975-ci ildə Misir Respublikasının vitse-prezidenti təyin olunub. 1978-ci ilin avqustunda Misirdə “Milli Demokartik Partiya” yaradılır və Hüsni Mübarək onun sədr müavini, 1982-ci ildə isə partiyanın baş katibi təyin olunur.

O vaxtkı prezident Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi paradda öldürüldükdən sonra, ölkə konstitusiyasına müvafiq olaraq, Hüsnü Mübarək prezident təyin edilib. Ənvər Sədata sui-qəsd zamanı Hüsnü Mübarək özü də əlindən yaralanıb.

Hüsnü Mübarək bu il aprel ayında devrilib.

OXŞAR XƏBƏRLƏR