Bu gün və sabah Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

MARAQLI
10:01 13.01.2011
1728

Avropa Komissiyasının sədri Joze Manuel Barozzunın Azərbaycana səfəri ilə əlaqədar Bakıda bu gün saat 17:00-dan etibarən bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yanvarın 14-dək aşağıda göstərilən küçə və prospektlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəşid Behbudov, Bakıxanov küçələri, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, İstiqlaliyyət, Azərbaycan küçələri, Füzuli meydanı, Əziz Əliyev küçəsi, Neftçilər prospekti, Azadlıq meydanı, Puşkin küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu müddətdə alternativ yollardan istifadə etsinlər. Sürücülərdən xahiş olunur ki, qeyd olunan küçə və prospektlərdə avtomobil saxlamasınlar, əks təqdirdə, avtomobillər küçələrdən götürüləcək.

 

OXŞAR XƏBƏRLƏR