Bu gecə növbəti Qədr gecəsidir

Bu gecə növbəti Qədr gecəsidir
SOSİAL
15:10 17.04.2023
149

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir.

Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni aprelin 17-dən 18-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

OXŞAR XƏBƏRLƏR