Bu gecə yenə donacağıq - Qar gəlir

Bu gecə yenə donacağıq - Qar gəlir
Bütün Xəbərlər
13:37 09.02.2012
2908

Fevralın 10 və 11-də ölkə ərazisində havanın soyuq keçəcəyi proqnozlaşdırılır

Ölkə ərazisində şaxtalı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədovanın verdiyi məlumata görə, bu gün axşamdan paytaxtda yenidən zəif qar yağıntısı gözlənilir. Ölkə ərazisində şimal-şərq küləyi əsəcək.Fevralın 10 və 11-də ölkə ərazisində havanın soyuq keçəcəyi proqnozlaşdırılır. Şimal küləyinin əsəcəyi gözlənilir. Paytaxtda və regionlarda qar yağacağı proqnozlaşdırılır. Ayın 10-da gündüz 0-2 dərəcə, gecə isə 5 dərəcəyə qədər şaxta olacağı gözlənilir. Fevralın 11-də gündüz 2 dərəcəyə qədər şaxta olacaq, gecə isə temperatur -5 olacaq.Mərkəzi Aran reginonunda havanın yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv şimal qərb küləyi əsəcək. Gündüz temperatur 0-3, gecə -4-8 dərəcə olacaq.
OXŞAR XƏBƏRLƏR