Bu gömrük rüsumları artırılacaq - Fərman

Bu gömrük rüsumları artırılacaq - Fərman
SOSİAL
16:01 24.06.2024
385
Prezident İlham Əliyev Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və "Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” fərmanın ləğv edilməsi haqqında Fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabineti qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Bu fərmanda nəzərdə tutulan ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və (və ya) mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi metallurgiya sənayesi müəssisələrinin qara və əlvan metal qırıntı və tullantı xammalına olan ehtiyacının ödənilməsi ilə bağlı, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsinə zərurət yarandığı təqdirdə, təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

"Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” fərman ləğv edilib.

Bu fərmanda nəzərdə tutulan qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına gömrük rüsumlarının artırılması və (və ya) müəyyən olunması barədə normativ hüquqi akt qüvvəyə mindikdən 60 (altmış) gün sonra qüvvəyə minir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:59 05.11.2026
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
10:50 05.11.2026
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
10:48 05.11.2026
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
10:40 05.11.2026
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
10:34 05.11.2026
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
10:24 05.11.2026
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
09:53 05.11.2026
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
Şəhid anası faciəvi şəkildə öldü
09:44 05.11.2026
Şəhid anası faciəvi şəkildə öldü
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
09:36 05.11.2026
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
09:23 05.11.2026
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
Anar Rzayevə ağır itki
09:17 05.11.2026
Anar Rzayevə ağır itki
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
09:06 05.11.2026
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
08:57 05.11.2026
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
08:49 05.11.2026
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
08:43 05.11.2026
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:36 05.11.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb