Bu gün 141166 şagird birinci sinfə getdi

Bu gün 141166 şagird birinci sinfə getdi
Bütün Xəbərlər
13:29 16.09.2013
646

Azərbaycanda yeni dərs ili başlayıb.

 Lent.az-ın xəbərinə görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır.

Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub.

Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.

OXŞAR XƏBƏRLƏR