Bu gün 19 dərəcə isti olacaq

Bu gün 19 dərəcə isti olacaq
Bütün Xəbərlər
01:02 27.03.2015
759
Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axsama doğru buludluğun artacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Temperatur gecə 5-7° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 4-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava gündüz, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı ehtimal edilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 4-7° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacağı ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR