Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədəEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Məlumata görə, temperatur 24-29° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət 60-70% təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20°, Türkan, Hövsan, Şıx, Sahildə 20-21° isti olacaq.Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək.Temperatur gecə 13-18°, gündüz 24-29° isti olacaq.