Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun 25-30 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu 25-30, bəzi yerlərdə 32, dağlarda 16-21 dərəcə isti olacaq.Aqrometeoroloji şərhə görə, yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında temperaturun tədricən 2-3 dərəcə yüksəlməsi kənd təsərrüfatı bitkilərinin inkişafını təmin edəcək, meyvə ağaclarında yetişməni sürətləndirəcək, pambıq, qarğıdalı və otlaq bitkilərinin boy atması üçün münasib olacaq.Belə hava şəraiti əksər aran rayonlarında payızlıq dənli bitkilərin yığımı üçün də əlverişli şərait yaradacaq.