Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək
SOSİAL
10:16 12.04.2026
461
Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

AZXEBER. COM-a Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında keçiriləcək.

İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək
19:28 15.09.2026
Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək
Qida borunuzda çat yaradan içkilər – Hər gün içirik
19:07 15.09.2026
Qida borunuzda çat yaradan içkilər – Hər gün içirik
Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
18:50 15.09.2026
Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
18:39 15.09.2026
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
18:27 15.09.2026
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
18:13 15.09.2026
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
18:03 15.09.2026
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
17:46 15.09.2026
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
17:40 15.09.2026
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
17:31 15.09.2026
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
17:22 15.09.2026
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
17:18 15.09.2026
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 15.09.2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
17:03 15.09.2026
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
17:00 15.09.2026
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
16:55 15.09.2026
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”