Bu gün İsveçrənin Bazel şəhərində "Avroviziya 2025" Mahnı Müsabiqəsinin finalı baş tutacaq.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, müxtəlif ifalara təqdim edən 26 ölkə təmsilçisi birincilik uğrunda mübarizə aparacaq.
İkinci yarımfinaldan sonra aşağıdakı ölkələrin təmsilçiləri "Avroviziya-2025"in finalına çıxıblar:
Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan.
Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveçrə birbaşa finala yüksəlib.
İlk yarımfinalda aşağıdakı ölkələr finala çıxmaq hüququnu əldə etmişdilər:
Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu "Run with you" mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.