'Bu gün Azərbaycan gəncliyinin səhv buraxmağa haqqı yoxdur'
GƏNCLİK
22:36 11.03.2013
1279
Bu gün Azərbaycan gəncliyinin səhv buraxmağa haqqı yoxdur. Bunu gələcək nəsillər bizə bağıslamaz. Bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Trend-ə bazar günü bir qrup gəncin keçirdiyi icazəsiz aksiyaya münasibət bildirərkən deyib.O qeyd edib ki, şəhid adından istifadə edib gənclərimizi ölkəmizə və dövlətçiliymizə qarşı aksiyalara çağırış etməyə, ölkədə xaos yaratmaq üçün cəhdlər etməyə ən azı vətəninə qarşı xainlikdən başqa heç bir ad vermək olmaz.