Bu gün Azərbaycan-Monteneqro işgüzar görüşü keçiriləcək

Bu gün Azərbaycan-Monteneqro işgüzar görüşü keçiriləcək
Bütün Xəbərlər
10:00 04.04.2014
441
Bu gün Monteneqronun Davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviçin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Monteneqro işgüzar görüşü keçiriləcək.AZXEBER.COM-un AZPROMO-nun saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Monteneqronun Davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç Montenegronun turizm sahəsində investisiya və biznes imkanları haqqında təqdimatla çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR