Bu gün Azərbaycan Serbiya ilə qarşılaşacaq

Bu gün Azərbaycan Serbiya ilə qarşılaşacaq
İDMAN
10:14 30.03.2021
538

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci ildə Qətərdə keçiriləcək mundialın seçmə mərhələsində ikinci oyununa çıxacaq.

AZXEBER.COM xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi millimiz A qrupunda lider Serbiya yığmasını qəbul edəcək. Bu, millimizin cari tsikldə ilk ev matçı olacaq.

İndiyədək Azərbaycan və Serbiya yığmaları beş dəfə qarşılaşıb. Bunlardan dördü rəsmi, biri isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan birində Azərbaycan, üçündə Serbiya qalib gəlibsə, daha bir oyunda heç-heçə qeydə alınıb. Qələbə və heç-heçə Serbiyanın Monteneqro ilə birgə olduğu Serbiya-Çernoqoriya dövrünə təsadüf edib. Baş tutan qarşılaşmalarda topların nisbəti serblərin xeyrinədir – 14:6.

Yığmanın heyətində müdafiəçi Bəhlul Mustafazadə zədəlidir. "Sabah”ın futbolçusunun oynayıb-oynamayacağı sual altındadır. Serblər isə Bakıya üç itki ilə gəlib. "Verder”in müdafiəçisi Miloş Velkoviç və "Rubin”in hücumçusu Corce Despotoviç zədə, "Fiorentina”nın arxa xətt oyunçusu Nikola Milenkoviç isə cəza səbəbindən meydana çıxa bilməyəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş pandemiya səbəbindən azarkeşsiz baş tutacaq.

DÇ-2022-nin seçmə mərhələsi

III tur

A qrupu

20:00 Azərbaycan - Serbiya

Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Saci Metzamber, David Fuksman (hamısı İsrail)

Bakı Olimpiya Stadionu

Turnir cədvəli 

1. Serbiya – 4

2. Portuqaliya – 4

3. Lüksemburq – 3

4. Azərbaycan – 0

5. İrlandiya – 0

Qeyd edək ki, bu qrupun digər matçında Lüksemburq Portuqaliyanı qəbul edəcək. DÇ-2022-nin meydan sahibi Qətər millisi isə Macarıstanın Debretsen şəhərində qrupun autsayderi İrlandiya ilə yoldaşlıq oyunu keçirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi