Bu gün Azərbaycan və Ermənistan jurnalistləri görüşəcək

Bu gün Azərbaycan və Ermənistan jurnalistləri görüşəcək
MEDİA
10:54 04.06.2012
1350
Azərbaycanın bir qrup KİV rəhbəri erməni həmkarları ilə görüşmək üçün Moskvaya gedib. Bu barədə görüşə yollananlar arasında olan “Gün.az” portalının təsisçisi Elnur Baimov məlumat verib.
Qeyd edək ki, “Rossiyskaya Qazeta”nın redaksiyasında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşü bu gün keçiriləcək.
Düşmən ölkələrin KİV rəhbərlərinin təmasları Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkonun təşəbbüsü ilə ərsəyə gəlir.
Xatırladaq ki, bu il fevralın 22-də “Rossiyskaya qazeta”nın redaksiyasında iki ölkə ziyalılarının görüşü keçirilib. Görüşdə iştirak edən M.Şvıdko bu cür təmasların davam etdiriləcəyini söyləyib.
Rusiya tərəfi bu addımın Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində təşkil edildiyini bildirir.
OXŞAR XƏBƏRLƏR