Bu gün Azərbaycanda bahar havası müşahidə olunacaq

Bu gün Azərbaycanda bahar havası müşahidə olunacaq
Bütün Xəbərlər
10:21 24.03.2012
1803
Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Temperaturun gecə 2-5° isti, gündüz 13-18° isti, Bakıda gecə 3-5° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 762 civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaq.Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 3-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-5° isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13° şaxta olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-7° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR