Bu gün Azərbaycanda seçkilər keçiriləcək

Bu gün Azərbaycanda seçkilər keçiriləcək
Bütün Xəbərlər
01:01 30.11.2011
1478
Bu gün Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər baş tutacaq. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə boş qalan 464 yerə keçiriləcək. Bu bələdiyyələrdən 9-u tamamilə yenidən formalaşacaq. Seçkilərə hazırlıq prosesi başlanan gündən 464 boş qalan yerə seçki hüququ olan 1627 Azərbaycan vətəndaşı dairə seçki komissiyalarına müraciət edib, imza vərəqələri götürüb. Onlardan 1588-i imza vərəqələrini qaytarmış, bununla da 1567 nəfərin namizədliyi qeydə alınmışdır. 11 nəfər öz namizədliyindən imtina edib, 10 nəfər isə sənədlərində ciddi çatışmazlıqların olduğundan qeydiyyata alınmayıb. Qeydə alınmış namizəddən 16-sı öz ərizəsi ilə mandatından imtina edib, 2 nəfər isə dünyasını dəyişib. Beləliklə, hazırda səsvermə bülletenində 1549 namizədin adı var. Bunlardan 305-i (19, 69 faiz) qadındır. Ümumiyyətlə, namizədlər arasında 673 nəfər (43,45 faizi) ali təhsilli, 605-i (39, 06 faizi) orta, 265-i (17,11 faizi) orta ixtisas, 6-sı ( 0,38 faizi) isə natamam ali təhsillidir. Ümumilikdə 1 milyon 155 min 864 seçici səsvermədə iştirak etmək hüququna malikdir. Bu seçicilər 1169 məntəqədə səs verəcəklər. Səsvermə üçün məntəqələr saat 8.00-da açılacaq, saat 19.00-da isə bağlanacaq. Məntəqələr bağlanandan sonra isə seçki qutuları müşahidəçilərin və KİV nümayəndələrinin iştirakı ilə açılacaq. MSK-da 40 müşahidəçi qeydiyyatdan keçmiş və onlar bütün ölkə üzrə, yəni 86 dairədə 1169 məntəqənin hamısında müşahidə aparmaq hüququna malikdirlər. Dairə seçki komissiyaları tərəfindən akkreditasiya olunmuş müşahidəçilərin ümumi sayı 9883 nəfərdir. Seçkidə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Azərbaycan Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 namizəd isə bitərəfdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib