Bu gün Bakı Metropoliteninin 'Elmlər Akademiyası'nda nə baş verdi? - FOTOLAR

Bu gün Bakı Metropoliteninin
Bütün Xəbərlər
11:05 24.02.2012
3769

“Elmlər Akademiyası” stansiyasında sərnişin sıxlığının yaranmasına səbəb eskalatorun işləməməsi olub

Bu gün səhər Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında böyük izdiham yaşanıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sərnişin sıxlığının yaranmasına səbəb stansiyadakı eskalatorlardan birinin işləməməsi və digər eskalatorun nasaz olması olub.Metropoliten əməkdaşının ANS PRESS-ə verdiyi məlumata görə, problem eskalatorun mühərrikində yaranıb və nasazlıq bir saat ərzində aradan qaldırılacaq.Qeyd edək ki, eskalatorun təmir edilməsi işlərinə başlanılsa da, hələlik problem aradan qaldırılmayıb.
OXŞAR XƏBƏRLƏR