Bu gün Bakıda hava isti olacaq - PROQNOZ

Bu gün Bakıda hava isti olacaq - PROQNOZ
Bütün Xəbərlər
12:32 20.05.2012
1330

Azərbaycanın bəzi rayonlarında şimşək çacağı, yağış yağacağı gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturunun gecə 16-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. Hava şəraitinin qısa icmalı: Mayın 20-də Abşeron yarımadasının hava şərtaitində mühüm dəyişiklik gözlənilmir.

OXŞAR XƏBƏRLƏR