Bakıda sulu qar və qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu gün ölkədə qeyri-sabit hava şəraiti davam edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.