Bu gün Bakıda su olmayacaq

Bu gün Bakıda su olmayacaq
Bütün Xəbərlər
10:20 10.04.2012
1697
İçməli suyu mənbələrindən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə təmir-profilaktika işlərinə başlanılıb. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu məqsədlə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılır. Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr yeniləri ilə əvəzlənir. Bununla əlaqədar aprelin 10-da Saray, Mehdiabad, Novxanı bağları ərazisinə, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 
OXŞAR XƏBƏRLƏR