“Azərsu” abonentlərdən üzr istəyir.
Bu gün gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd edək ki, suyun verilməsində məhdudiyyətin yaranmasına səbəb Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəza ilə bağlıdır.
Yaranmış narahatlıqlaəlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.