“Azəriqaz” məlumat yaydı.
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsində təbii qaz təchizatında məhdudiyyət olacaq.
Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qaz kəmərlərinin üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Sabunçu rayonunun, Maştağa qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.