Bu gün Bakıya qar yağacaq

Bu gün Bakıya qar yağacaq
Bütün Xəbərlər
02:29 20.01.2012
1629
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti soyuq, güclü küləkli olacaq. Arabir yağıntılı olacağı gözlənilir. Sulu qar, bəzi yerlərdə qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə isti, gecəyə doğru 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, yanvarın 20-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu isə 15-20 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR