Bu gün Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası keçiriləcək

Bu gün Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası keçiriləcək
SİYASƏT
09:11 18.09.2025
215
Sentyabrın 18-də Qırğızıstanın paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək.

Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər.

İclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Türk dünyası ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə Türk Dövlətləri Təşkilatının mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.

Xatırladaq ki, 2025-ci ildə Türk Dövlətləri Təşkilatına sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR