'Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər nağd valyuta var'

İQTİSADİYYAT
13:48 11.03.2020
3402

Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər. Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi, təxminən, 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

AMB sədri əhalini sakit olmağa çağırıb: "Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökümətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu "B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək".

O diqqətə çatdırıb ki, biz bu gün hələlik starteji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük. 

"Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Tam həcmdə qanunla müəyyənləşib. Mərkəzi Bankın öz ehtiyatları var. Maliyyə Nazirliyinin əhəmiyyətli valyuta ehtiyatı var. Bütün bu ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil", - E.Rüstəmov əlavə edib. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi