“Bu gün bütün ürəkdən azərbaycanlı idim” - Nikola Yurçeviç

“Bu gün bütün ürəkdən azərbaycanlı idim” - Nikola Yurçeviç
İDMAN
23:33 09.09.2019
14899
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasıyla evdə 1:1 hesablı bərabərliyə qaldıqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

AZXEBER.COM xəbər verir ki, millimizin çalışdırıcısı əvvəlcə matç haqda danışıb:

"Futbolçuların göstərdiyi oyundan çox razıyam. Onlarla qürur duyuram. Dünya çempionatının vitse-çempionuna qarşı oynadığımızı nəzərə almaq lazımdı. Rəqibi yaxşı oyuna görə təbrik dirəm. Azarkeşləri də təbrik edirəm, xüsusilə ikinci hissədə göstərdiklərinə dəstəyə görə. Bilirsiniz, xorvatam, ancaq bu gün bütün ürəkdən azərbaycanlı idim. Bütün hamımız bu sevinci haqq etmişdi. Son vaxtlar yaxşı oyun göstərsək də, nəticə baxımından üzümüz gülmürdü. Ancaq bu dəfə istəyimizə nail olsuq. Çox xoşbəxtəm ki, azarkeşlər bu gün özlərini xoşbəxt hiss etdilər".

- Sizə elə gəlmir ki, bunadək nəticənin olmamağı heyətin düzgün qurulmaması ilə bağlı idi? Bu, iddiam deyil, sadəcə. şəxsi fikrimdi, soruşuram...

- Bu sual üçün çox sağ olun. Hər şey üçün açıqam, tənqid olsa belə. Buna konkret cavab verməkdə çətinlik çəkirəm. Çalışırdım ki, oyunu həqiqi analiz edim. Bunadək nəticənin olmamağı ilə ən böyük problem fiziki hazırlığın olmamağı ilə bağlıdı. İki yolumuz var - nəyin bahasına olursa-olsun 1-2 xal qazanmaq və ya gələcək üçün gəcn futbolçuları qazanmaq. Bizdə bunlar yetərincədi və onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər. 

- Rəqibin baş məşqçisi bizdə ən yaxşı futbolçu kimi Emil Balayevi qeyd etdi. Bəs sizin üçün günün qəhrəmanı kim idi?

- Bu gün Balayevin meydanda etdikləri mükəmməl, brilliant idi. Xüsusilə ilk 15-20 dəqiqəki performansı. Onda rəqib oyuna çox yaxşı başlamışdı. 

- Zaqrebdə yaxşı oyun, Kardiffdə daha yaxşı oyun, indi də nəticə. Növbəti hədəf nədi?

- Favoritlərə qarşı oynayırıq. Bu zaman 11 nəfər əla oyun göstərməlidi, 1-i isə ağlasılmaz. Bu gün bizdə belə futbolçu qapıçı idi. Gələn oyunlarda da nəticə qazanmaq üçün belə futbolçular olmalıdı. Çünki heç bir matçda favorit deyilik. 

- Riçard Almeyda bu gün zədəli olmasaydı, Emin Mahmudovun meydana çxımaq şansı olacaqdımı?

- Emin yaxşı futbolçudu, topla əla oynayır. Ancaq rəqibin müqavimətini də nəzərə almaq lazımdı. Mahmudovu oyun qurucusu kimi görürəm. Bizim isə bu oyunlarda topla çox oynayacağımız real deyil. Üstəlik, qapımız qarşısında standart vəziyyətlərdə bizə hündürboylu futbolçular lazım idi.

- Millimiz bütün seçmə mərhələlərdə stabil oynamır. Tsikl boyu sabit oynamaq üçün bu futbolçular yetərlidimi?

- Bunu hələ bilmirəm. Hələ son 2 saatda baş verənləri həzm etməliyəm ki, cavab verim. Bizim də plan budur ki, futbolçularımız ağıllı oynasınlar, təkcə ürəklə yox. Bunun ikisinin olması qısa müddətdə alınası deyil. Ümid edirəm ki, bu işdə də bizimlə birgə olacaqsınız, dəstək olacaqsınız. Gənc futbolçularımızın səhvləri zamanı mediada müzakirələr yadımdadı. Çempionatdakı templə beynəlxalq oyunlardakı eyni deyil. Sizdə təmənnam odur ki, bu gənc futbolçular dəstək olasınız. Keçən dəfə Renat Dadaşova şans verəndə, çoxları bunu anlayışla qarşılamırdı. Ancaq az sonra İngiltərə Premyer Liqa klubuna transfer olundu. Deməli, "qabın"da nəsə var ki, dalınca düşdülər. 

- İkinci dəfə xorvatiyalı baş məşqçiylə Bakıda Xorvatiyanı büdrədirik. Düşünmürüsən ki, bu amil nəticədə həlledici olur?

- Bəlkə də səbəblərdən biri ola bilər. Dəqiq söyləyə bilərəm. Xorvatiyanın mentaletini bilməyim mənə çox üstünlük verir. Slovakiya və Macarstanla oyuna çox yaxşı hazırlşamışdıq. Rəqibləri yaxşı analiz etmişdik. İndi hər şeyi detalları analiz etmək üçün vaxt lazımdı. Slovakiya ilə matçdan 0:2-dən sonra geridönüş etmək idi. 0:1-də bunu etmək olur. Bunu bu gün gördük. Hətta bu gün qələbə üşün də şanslarımız oldu. Oyunda bir səhv həlledici olur. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır