Bakı və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
AZXEBER.COM xəbər verir ki, bu gün havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə istiolacağı gözlənilir.