Bu gün də yağış yağacaq

Bu gün də yağış yağacaq
Bütün Xəbərlər
10:40 20.05.2013
923

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. AZXEBER.COM xəbər verir ki, temperatur gecə 14-17°, gündüz 19-24° isti olacaq. Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR